Məzahir Pənahov: “Ümid edirəm ki, Məkkədə səsverməni təşkil edə biləcəyik”

Məzahir Pənahov: “Ümid edirəm ki, Məkkədə səsverməni təşkil edə biləcəyik”
# 02 oktyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Zəvvarların səsvermədə iştirakı üçün Mərkəzi Seçki Komissiyası kifayət qədər iş görüb”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkiləri günü fəaliyyət göstərəcək Müstəqil Mətbuat Mərkəzinin açılış mərasimi çərçivəsində keçirilən brifinqdə deyib. O qeyd edib ki, Səudiyyə Ərəbistanının ictimai-siyasi tədbirləri tənzimləyən xüsusi qanunu var: “Bu qanuna görə, ölkə ərazisində heç bir yerdə siyasi tədbir keçirilə bilməz. Hər bir halda bu ölkə ilə diplomatik yolla danışıqlar aparılır. Əgər Səudiyyə Ərəbistanından razılıq alınarsa, səsvermə reallaşdırıla biləcək. Onlardan cavab gözləyirik”.


M. Pənahov qeyd edib ki, Azərbaycan Məkkədə səsvermə təşkil edərsə, bu, yüksək qiymətləndiriləcək: “Ümid edirəm ki, bunu həyata keçirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR