İran XİN: Barak Obama Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb

İran XİN: Barak Obama Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb
# 17 sentyabr 2013 10:03 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən məlumatına görə, M.Əfxəm deyib ki, son günlər ABŞ və İran prezidentləri arasında məktub mübadiləsi ilə bağlı xəbərlərin şahidi olurlar: “ABŞ prezidenti Barak Obama Həsən Ruhaniyə İran prezidenti seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. O, minnətdarlığını bildirdikdən sonra bir sıra məsələlərlə bağlı öz fikirlərini ifadə edib. Bu cür məktubların mübadiləsi mexanizmi diplomatik kanallar vasitəsilə həyata keçirilməlidir”.

İran XİN sözçüsü vurğulayıb ki, ABŞ tərəfindən İrana Suriya ilə bağlı məktub göndərilməyib: “Təəssüflər olsun ki, ABŞ hələ də İranla dialoq deyil, təhdid dili ilə danışır. Biz bəyan edirik ki, bu dil hörmət dili olmalıdır. Təzyiqlər qeyri-qanuni və qeyri-real olduğundan, heç bir nəticə verməyəcək. ABŞ-ın maraqları və xarici siyasəti təzyiq qruplarının mənafeyinə xidmət edir. Biz ABŞ-ın xarici siyasətinin öz reallığına qayıdacağına ümid edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR