Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artmaqda davam edir

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artmaqda davam edir
# 05 fevral 2014 09:18 (UTC +04:00)

Bankdan “APA-Economics”ə verilən məlumata görə, o cümlədən bu ilin yanvar ayında AMB-nin rəsmi valyuta ehtiyatları 67,3 mln. dollar və ya 0,5% artıb:

Göründüyü kimi, AMB-nin valyuta ehtiyatlarının artması bu il də davam edir. Ümumilikdə ötən ildə artım 21% təşkil edib və 2012-ci illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatlarının artım tempi müəyyən qədər artıb. Belə ki, 2012-ci il ərzində valyuta ehtiyatlarının həcmi 1,213 mlrd. dollar və ya 11,6% artıb. Orta hesabla 2012-ci ildə artım ayda 101 mln. dollara bərabər olub, ötən il isə həmin göstərici 204,8 mln. dollara yaxın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR