Kanadanın Karlton Universitetində “Azərbaycan: dünən və bu gün” adlı konfrans keçirilib - FOTOSESSİYA

Kanadanın Karlton Universitetində “Azərbaycan: dünən və bu gün” adlı konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 yanvar 2014 00:37 (UTC +04:00)

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfrans Karlton Universiteti Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Cef Sahadeonun (Jeff Sahadeo) sədrliyi ilə baş tutub. Konfransın açılışında çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından elmi araşdırmalar və tələbə mübadiləsinin vacibliyinə diqqət çəkib. Eyni zamanda, Əlimərdan bəy Topçubaşovun yubileyi ilə bağlı səfirlik tərəfindən təşkil edilən inşa yarışmasının qalibinə mükafat təqdim edilib.

Konfrans zamanı ADA Universitetinin professoru Rəşad İbadov “Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə”, Kanada Parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolin (Barry Devolin) “İkitərəfli diplomatiyada parlamentarilərin rolu”, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təmsilçisi Heydər Mirzə “Cənubi Qafqaz regionunda cari geosiyasi durum və Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış ediblər.

Bundan başqa, tədbir zamanı İsveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş “Unudulmuş münaqişə” adlı kitabının təqdimatı da keçirilib. A.Vidmer çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, hazırkı durumu və aparılan danışıqlar barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR