İranla ABŞ arasında nüvə müzakirələri keçirilib

İranla ABŞ arasında nüvə müzakirələri keçirilib
# 16 may 2014 11:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla ABŞ arasında nüvə müzakirələri keçirilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı ilə ABŞ dövlət katibinin müavini Vendi Şerman bu gün Vyanada bir araya gəliblər.

Bundan əvvəl A.Əraqçı mayın 16-da səhər saatlarında Avropanın üç ölkəsinin – Böyük Britaniya, Fransa və Almaniyanın təmsilçiləri ilə görüşüb. Görüşlərin detalları barədə ətraflı məlumat verilməsə də, ancaq İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında bu gün BMT-nin Vyanadakı qərargahında geniş tərkibdə toplantının keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında yekun nüvə razılaşmasının yazılması məqsədilə növbəti nüvə müzakirələri mayın 14-də öz işinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR