Qaxda Rusiya vətəndaşının çürümüş meyiti tapılıb - VİDEO

Qaxda Rusiya vətəndaşının çürümüş meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 23 yanvar 2014 14:39 (UTC +04:00)

Bu barədə APA-ya Qax rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayon mərkəzinin Molla Vəli Vidadi küçəsi bina 16, mənzil 41 ünvanında çürümüş və iylənmiş kişi meyitinin aşkarlanması barədə prokurorluğa məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb. Araşdırmalar nəticəsində meyiti aşkar edilmiş şəxsin Rusiya vətəndaşı, 2-ci qrup əlil, 1955-ci il təvəllüdlü Zahid Əli oğlu Mustafayev olduğu müəyyən edilib. Hazırda Rusiya vətəndaşlığını daşıyan Z. Mustafayevin əslən Qax rayonundan olduğu, bir müddət əvvəl qohumlarını ziyarət etmək üçün rayona qonaq gəldiyi bildirilir.

Onun ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Hazırda bu istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR