“Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Kubokunun birinci mərhələsi keçirilib

“Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Kubokunun birinci mərhələsi keçirilib
# 08 may 2014 17:53 (UTC +04:00)

Bakı-APA. “Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Kubokunun birinci mərhələsinin qalibi müəyyən edilib. APA-nın məlumatına görə, birinci turun yekunlarına görə ən yaxşı nəticə göstərən “Diplomat” komandası mərhələnin qalibi olub.

Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Kubokunun birinci mərhələsi “Atəşgah” İntellektual Oyunlar Klubu və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə aprel 27-də keçirilib. Azərbaycan Kubokunun birinci mərhələsində Bakı və Gəncə şəhərlərində təhsil alan tələbə və gənclər iştirak edib.

Sinxron olaraq təşkil olunan oyunda 300-dən çox gəncin iştirak etdiyi bildirilir.

Azərbaycan Kubokunun ikinci mərhələsi iyun ayında keçiriləcək. “Xəzər” İntellektual Gənclər Klubundan verilən məlumata görə, Azərbaycan Kubokunun mərhələlərində istənilən intellektual oyunlar klubu, eləcə də komandalar iştirak edə bilər. Bunun üçün sadəcə təşkilat komitəsinə müraciət etmək lazımdır.

Qeyd edək ki, Azərbaycan kuboku 4 mərhələdən və finaldan ibarət olan sinxron turnirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR