İrəvanda icbari pensiya yığım sisteminin tətbiqinə qarşı etiraz aksiyası keçirilib

İrəvanda icbari pensiya yığım sisteminin tətbiqinə qarşı etiraz aksiyası keçirilib
# 18 yanvar 2014 23:39 (UTC +04:00)

APA-nın “epress.am”a istinadən verdiyi xəbərə görə, aksiyada “Erməni Milli Konqresi”, “Daşnaksütün”, “Çiçəklənən Ermənistan”, “İrs” partiyaların minlərlə tərəfdarları iştirak edib. Mitinq “Mən əleyhinəyəm” gənclər hərəkatı tərəfindən təşkil olunub.

Qeyd edək ki, yeni ildən qüvvəyə minən yeni pensiya sisteminə əsasən, 1974-cü il yanvarın 1-dən anadan olan hər bir Ermənistan vətəndaşının aylıq əmək haqqının 5 faizi onun adına açılmış fərdi hesaba keçirdilməlidir.

“Serj Sarqsyan və Tiqran Sarkisyan hakimiyyəti dövründə Ermənistandan qanunsuz şəkildə 5 mlrd. dollar çıxarılıb. İndi isə onlar istəyirlər ki, biz pullarımızı onlara etibar edək”, deyə “Erməni Milli Konqresi” fraksiyasının lideri Levon Zurabyan çıxışında bildirib.

“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan vətəndaşları birliyə çağıraraq, yalnız belə olacağı halda xalqın hər hansı uğura nail ola biləcəyini bildirib: “Qanun yalnız pul əldə etməyi düşünən hakimiyyətin maraqlarını əks etdirir. Bu açıq-aydın reketdir. Baxın onlar necə də öz xalqına biganədir, məhəl qoymur”, deyə Zoqrabyan çıxışında bildirib.

Etirazçılar “Serjik get!”, “Yalnız mübarizə, Mübarizə sonadək!”, “Ölkənin sahibi bizik!”, “Stop!”, “No pasaran!” kimi şüarlar səsləndiriblər.

Mitinqin təşkilatçıları Kasasiya Məhkəməsindən yanvarın 1-dən qüvvəyə minən qanunun Konstitusiyaya zidd olması barədə qərar çıxarmasını tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR