Macarıstan parlamentinin vitse-spikeri Azərbaycana gəlib

Macarıstan parlamentinin vitse-spikeri Azərbaycana gəlib
# 12 iyun 2014 13:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Macarıstan parlamentinin vitse-spikeri Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

APA-nın məlumatına görə, səfərdə məqsəd sabah Bakıda keçiriləcək TürkPA-nın 5-ci plenar iclasında iştirak etməkdir.

İclasın gündəliyində Macarıstana TürkPA-da müşahidəçi statusunun verilməsi məsələsi yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR