Oqtay Əsədov NATO PA-nın seminarında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Oqtay Əsədov NATO PA-nın seminarında Ermənistanın işğalçılıq siyasətindən danışıb
# 16 iyun 2014 08:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov NATO PA-nın Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında çıxışında deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, Sülh Naminə Tərəfdaşlıq proqramında 20 il üzvlük müddəti ərzində Azərbaycan və NATO-nun münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

O. Əsədov Dağlıq Qarabağ münaqişəsinə toxunaraq xatırladıb ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyon insan qaçqına və məcburi köçkünə çevrilib: “Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir”.

MM sədri BMT-nin münaqişə ilə bağlı 20 ildən çoxdur Ermənistan tərəfindən əməl edilməyən 4 qətnaməsini də xatırladıb.

Qeyd edək ki, seminarda Ermənistan nümayəndə heyəti də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR