Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacı Şahin Həsənliyə sui-qəsd hazırlanmasına münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacı Şahin Həsənliyə sui-qəsd hazırlanmasına münasibət bildirib
# 25 noyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Məşədi Dadaş məscidində terror aktının törədilməsinə və məscidin imam-camaatı Hacı Şahin Həsənliyə qarşı sui-qəsdin hazırlanması gözləmədiyimiz xoşagəlməz haldır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

O qeyd edib ki, hazırda istintaq getdiyi üçün hansısa konkret fikir söyləmək istəmir: “Amma komitə dəfələrlə bildirib ki, toplumun bir qismini rədd edən, onları aşağılayan və onlara qarşı hansısa bir zorakılığı hüquqi sayan düşüncənin çox təhlükəli olması tolerantlıq modelinə qarşı, eyni zamanda Azərbaycandakı mövcud müsbət tendensiyaya qarşı böyük bir təhlükədir. Ona görə də istər ideoloji müstəvidə, istərsə də maarifləndirmə sahəsində bu istiqamətdə bütün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir ki, bu cür hallar yayılmasın, Azərbaycanda kök salmasın”.

Komitə sədri bildirib ki, radikal dini cərəyanların fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycanda mexanizm var: “Radikal mövqedə duran və yaxud dini, milli və irqi aşağılayıcı fikirləri yayan cərəyanlar dövlət qeydiyyatına alınmır. Onların fəaliyyətinə imkan verilmir. Burada daha önəmli faktor isə din xadimlərimizin, həm də geniş ictimaiyyətin maarifləndirmə yolu ilə düzgün dini, milli dəyərlərə yönəldilməsidir. Bu, çox önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR