Bakıda Frans Kafkanın “Varyete” tamaşası oynanılıb

Bakıda Frans Kafkanın “Varyete” tamaşası oynanılıb
# 30 oktyabr 2013 08:17 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “2+1” eksperimental teatr festivalı çərçivəsində növbəti tamaşa təqdim olunub.

İttifaqın məsul katibi Kəmalə Cəfərzadənin APA-ya verdiyi məlumata görə, oktyabrın 29-da Frans Kafkanın “Varyete” tamaşası oynanılıb.

Bakı Uşaq Teatrının hazırladığı tamaşanın quruluşçu rejissoru Könül Şahbazova, plastik həll üzrə rejissoru Hacıbaba Məmmədovdur. “Varyete”nin baş rolunda Niyaz Qasımov çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR