Ali məktəblərin “SABAH” qruplarında iştirak edəcək tələbələrin qeydiyyat müddəti uzadılıb

Ali məktəblərin “SABAH” qruplarında iştirak edəcək tələbələrin qeydiyyat müddəti uzadılıb
# 13 iyun 2014 08:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA Ali məktəblərdə yeni yaradılan “SABAH” qruplarında iştirak edəcək tələbələrin qeydiyyat müddəti uzadılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tələbələrin qeydiyyatı mayın 12-dən başlayıb və 1 ay ərzində davam edərək iyunun 12-də başa çatmalı idi. Lakin ali təhsil müəssisələrinin I kurs tələbələrinin hazırda imtahan sessiyaları dövrünün olması və tələbələrin “SABAH” qruplarına olan böyük marağını nəzərə alaraq “SABAH” qruplarına elektron ərizə qəbulu 3 gün olmaqla iyunun 15-dək uzadılıb.

Qeyd edək ki, “SABAH” qrupları 33 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas olmaqla, 5 ixtisas qrupunu, ümumilikdə isə 20 minə yaxın tələbəni əhatə edəcək. İlk olaraq növbəti tədris ilində 1300 tələbə II kursdan “SABAH” qruplarında təhsil ala biləcək. Həmin tələbələr II kursdan təhsillərini “SABAH” qruplarında davam etdirəcək. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq.

“SABAH” qruplarını bitirən tələbələr baza ali təhsil müəssisəsinin diplomunu alacaq. Onların diplomları digər tələbələrin diplomlarından fərqlənməyəcək. Sadəcə, diploma əlavədə həmin tələbənin “SABAH” qrupunda təhsil alması qeyd olunacaq. “SABAH” qruplarında təhsil almaq üçün dövlət ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı, özəl ali məktəblərin tələbələri də müraciət edə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR