Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib, zərərçəkənlər var - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib, zərərçəkənlər var  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 yanvar 2014 18:36 (UTC +04:00)

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, yanğın Nərimanov rayonu ərazisində yerləşən, hazırda məcburi köçkünlərin məskunlaşdığı 3 saylı texniki-peşə məktəbində baş verib. Yanğın binanın 3-cü mərtəbəsində yerləşən, hazırda yaşayış olmayan mənzildə baş verib.

Qeyd edək ki, yanğın nəticəsində bir neçə sakində tüstüdən zəhərlənmə halı qeydə alınıb.

Zərərçəkmiş şəxslərə hadisə yerinə çağırılmış “təcili yardım” həkimləri tərəfindən tibbi yardım göstərilib.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin 6 yanğınsöndürən briqadası cəlb olunub.

Yanğının səbəbləri araşdırılır.

**** 20.46

Bakı. Mahir Məmmədli-APA. Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospekti 81 ünvanında yerləşən yaşayış binasında yanğın baş verib. Məlumata görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR