İran XİN: İran-Azərbaycan əlaqələri gündən-günə inkişaf edir

İran XİN: İran-Azərbaycan əlaqələri gündən-günə inkişaf edir
# 04 dekabr 2013 14:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran-Azərbaycan münasibətləri həmişə iki dost və qonşu ölkə əlaqələri çərçivəsində olub”. APA-nın “Səhər TV”yə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran həmişə Azərbaycanla bir çox dini, tarixi və mədəni ortaqlıqlara və münasibətlərə malik olduğunu bəyan edib: “Bu maraqlar istər ikitərəfli münasibətlər, istərsə də regional çərçivədə gündən-günə artmaqdadır. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının XXI iclası çərçivəsində bir araya gələn İran və Azərbaycanın xarici işlər nazirləri də ikitərəfli əməkdaşlığın genişləndirilməsini zəruri saydılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR