İstintaq təcridxanasında məhkumdan mobil telefon götürülüb

İstintaq təcridxanasında məhkumdan mobil telefon götürülüb
# 26 dekabr 2013 15:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin Baş İdarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə mobil telefon aşkar olunaraq götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1993-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nemət Xanəhməd oğlu Qayıbovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Bu zaman onun əynində olan idman şalvarının cibindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR