Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 33 sahibkar cərimələnib

Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 33 sahibkar cərimələnib
# 12 fevral 2014 11:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin yanvar ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 33 müəssisənin sahibi inzibati qaydada cərimələnib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 7 iş istintaq orqanına verilib, 20 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Bu ilin yanvar oktyabr ayı ərzində şadlıq evlərindən 1232 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR