Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşları qəbul edəcək
# 03 aprel 2014 08:36 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsi 22) aprel 3-də saat 10:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR