Ukrayna DİN: “Kramatorskda rayon milis şöbəsi atəşə tutulub”

Ukrayna DİN: “Kramatorskda rayon milis şöbəsi atəşə tutulub”
# 12 aprel 2014 21:43 (UTC +04:00)

“Kramatorsk (Donetsk vilayəti). Hücum törədilib. Naməlum şəxslər rayon şöbəsini atəşə tutublar. Atışma davam edir. Krasnıy Liman (Donetsk vilayəti). Rusiya istehsalı olan AK-100 qısa lüləli avtomatlarla silahlanmış yaraqlılar rayon milis şöbəsinə hücum ediblər. Hücum milis qüvvələri və şəhər drujinaçılar tərəfindən dəf edilib”, deyə nazir səhifəsində qeyd edib.

Nazir həmçinin qeyd edib ki, rayon şöbəsi bir müddət əvvəl zəbt olunmuş Slavyansk şəhərində mobil rabitə qüllələri yararsız hala salınıb. Həmçinin Təhlükəsizlik Xidmətinin inzibati binası mühasirəyə alınıb.

Avakovun sözlərinə görə, bu faktlar Rusiya tərəfindən həyata keçirilən işğalçı siyasətin təzahürüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR