Dow Jones indeksi 1,3%, S&P 500 1,1%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,1%, Nasdaq 0,7% yüksəlib
# 09 dekabr 2013 06:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 16 020 bəndədək, S&P 500 1,1% - 1 805 bəndədək, Nasdaq 0,7% - 4 063 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə əmək bazarı üzrə müsbət statistika təsir edib. Belə ki, noyabr ayında iqtisadiyyatın qeyri-aqrar sahələrində iş yerlərinin sayı 203 min artıb, işsizlik səviyyəsi isə 7,3%-dən 7%-ə enib.

Avropa fond bazarlarında dekabrın 6-da FTSE 100 indeksi 0,8% - 6 552 bəndədək, Almaniya DAX-ı 1,0% - 9 172 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 129 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 228,60 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3704 dollar (+0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR