İƏT beynəlxalq ictimaiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırıb

İƏT beynəlxalq ictimaiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırıb
# 10 dekabr 2013 07:57 (UTC +04:00)

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, belə bir çağırışla Qvineya paytaxtı Konakridə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı iclasında təşkilatın sədri, Cibutinin xarici işlər naziri Mahmud Əli Yusif çıxış edib.

Onun sözlərinə görə, İƏT üçün müstəqil Fələstin dövlətinin yaradılması əsas məsələ olaraq qalır: “Beynəlxalq ictimaiyyət İsrailin işğalının, Fələstin ərazilərində evlərin tikintisinin, Fələstin xalqının hüquqlarının tapdanmasının dayandırılması üçün addımlar atmalıdır”.

Qeyd edək ki, bir çox dövlətlər İsrail tərəfindən Fələstin ərazilərində yəhudi qəsəbələrinin salınmasını qanunsuz və Cenevrə Konvensiyasına zidd sayır. 2013-cü ildən bu günə kimi Fələstin ərazilərində 32 min mənzil tikilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR