TQDK: Səhiyyə Nazirliyi ilə birlikdə dərsliklərin məzmun və tərtibatı ilə bağlı yeni sanitar-gigiyenik tələblər hazırlanmalıdır

TQDK: Səhiyyə Nazirliyi ilə birlikdə dərsliklərin məzmun və tərtibatı ilə bağlı yeni sanitar-gigiyenik tələblər hazırlanmalıdır
# 17 dekabr 2013 08:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda orta məktəb dərsliklərinin keyfiyyətinin yaxşılaşdırılması üçün müəyyən təkliflər irəli sürüb.

Komissiyadan APA-ya verilən xəbərə görə, təkliflərdə qeyd olunub ki, dərslik nəzəriyyəsinin işlənib hazırlanmasını davam etdirmək lazımdır: “Bu işə yenicə başlanıb. Bu gün demək olar ki, müasir dərslik nəzəriyyəsi ilə bağlı həm dünyada, həm də ölkəmizdə fundamental tədqiqat işləri yoxdur”.

Bundan əlavə, komissiya Azərbaycanda dərslik müəlliflərinin hazırlığı üzrə institutun yaradılmasını təklif edib. Qeyd olunub ki, bu gün respublikada dərslik müəlliflərinin hazırlığı üzrə institut yoxdur. Dərsliklər öz əsas işlərindən ayrılmadan ali məktəblərin professor-müəllim heyəti, məktəb və ali təhsil müəssisələrinin müəllimləri tərəfindən hazırlanır. Nəşriyyatlar tərəfindən fəaliyyətdə olan müəllimlərin epizodik şəkildə müəllif kollektivlərinə daxil edilməsi problemi həll edilə bilməyib. Bunun üçün sistemli şəkildə müəllif hazırlığı üzrə məqsədyönlü iş aparmaq lazımdır.

TQDK dərslik hazırlığında Səhiyyə Nazirliyi ilə birgə işləməyi də təklif edib. Belə ki, Səhiyyə Nazirliyi ilə birlikdə “Bütün təhsil mərhələləri üçün tədris ədəbiyyatının məzmun və tərtibatı ilə bağlı yeni sanitar-gigiyenik tələblər” işlənib hazırlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR