Azərbaycanda sığorta şirkətlərinin nümayəndələri üçün təlim keçirilib

Azərbaycanda sığorta şirkətlərinin nümayəndələri üçün təlim keçirilib
# 21 dekabr 2013 16:53 (UTC +04:00)


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İcbari Sığorta Bürosu tərəfindən iştirakçı sığorta şirkətlərinin nümayəndələri üçün Bonus-Malus sistemi ilə bağlı təlim keçirilib.

Bürodan «APA-Economics»ə verilən məlumata görə, İcbari Sığorta Bürosu tərəfindən iştirakçı sığorta şirkətlərinin nümayəndələri üçün «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə sığorta haqqı məbləğlərinin hesablanmasına münasibətdə Bonus-Malus sisteminin tətbiqi mövzusunda təlim keçirilib.

Təlimdə Büronun nümayəndələri tərəfindən Bonus-Malus sistemi, bu sistemin işləmə mexanizmini əks etdirən təqdimat nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb. Tədbirdə həmçinin praktiki misallar üzərində müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR