Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
# 03 yanvar 2014 08:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın kənd təsərrüfatı sahəsində heyvandarlıq məhsullarının istehsalı artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin on bir ay ərzində diri çəkidə 452,1 min ton ət, 1669,6 min ton süd, 1279,6 mln. ədəd yumurta və fiziki çəkidə 16,5 min ton yun istehsal edilib.

2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4,1%, süd istehsalı 5,9%, yumurta istehsalı 16,3% və yun istehsalı 2,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR