BMT MAR-da yaranmış vəziyyətdən narahatdır

BMT MAR-da yaranmış vəziyyətdən narahatdır
# 07 yanvar 2014 06:44 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Mərkəzi Afrika Respublikasında mövcud olan vəziyyət bütün regionun qeyri-stabilliyinə gətirib çıxara bilər. APA-nın BMT saytına istinadən verdiyi məlumata görə, bunu baş katibin siyasi məsələlər üzrə müavini Ceffri Feltman deyib. O bildirib ki, Fransa və Afrika Birliyinin qüvvələrinin müdaxiləsi ilə vəziyyətin daha da pisləşməsinin qarşısı alınıb. C. Feltamn əlavə edib ki, ölkədə sürən münaqişə dini qarşıdurmaya da keçə bilər. Baş katibin müavini qeyd edib ki, paytaxt Banqi hələ də xristian və müsəlman məhəllələrə bölünüb, orada nəzarət-keçid məntəqələri yaradılıb: “Təkcə Banqidə 750 nəfər öldürülüb. Xristianlarla müsəlmanlar arasında qarşıdurmalar digər vilayətlərdə də qeydə alınıb. Hazırda 2,2 milyon insanın təcili humanitar yardıma ehtiyacı var”.

Qeyd edək ki, 2012-ci ilin noyabr ayından bəri Mərkəzi Afrika Respublikası vətəndaş müharibəsi şəraitində yaşayır. “Seleka” adlı separatçı qruplaşma prezident Fransua Bozizeni devirərək hakimiyyəti ələ keçirməyə çalışır. Ordu ilə separatçılar arasında döyüşlər hələ də davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR