Azərbaycanda uşaqların 52%-ə yaxını şəhər mühitində yaşayır

Azərbaycanda uşaqların 52%-ə yaxını şəhər mühitində yaşayır
# 08 noyabr 2013 09:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda uşaqların 52 faizə yaxını şəhər mühitində yaşayır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. Şəhər əhalisinin sayının çox olmasının müəyyən problemlər yaratdığını deyən A.Sofiyevanın sözlərinə görə, uşaqların urbanizasiyanın da müsbət tərəfləri ilə yanaşı, mənfi amilləri də var. O qeyd edib ki, bunlardan ən əsası psixoloji problemlər, uşaqların sosial xidmətlərə əlçatmazlığı və digər məsələlərdir: “Bu istiqamətdə bir çox tədbirlərin görülməsi vacibdir. Azərbaycanda da uğurlu uşaq siyasətinin həyata keçirilməsində daim bu məsələlər diqqət mərkəzində saxlanılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR