Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti zona müşavirələri keçirib

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti zona müşavirələri keçirib
# 02 iyun 2014 07:31 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən Gəncə, Qazax, Bərdə, Mingəçevir, Şəki, Zaqatala, Göyçay, Şirvan, Cəlilabad, Lənkəran şəhərlərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların iştirakı ilə zona müşavirələri keçirib.

APA-Economics”in xəbərinə görə, müşavirələrdə sahibkarlara qanunvericiliklə müəyyən edilən sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər izah edilib.

Daha sonra, müşavirələrdə qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyət növü ilə məşğul olan sahibkarlara onları maraqlandıran məsələlərin və həmçinin ötən dövrlərdə aparılan nəzarət tədbirlərinin təhlili, ən çox rast gəlinən nöqsanların araşdırılması və digər maarifləndirmə tədbirləri ilə bağlı qarşılıqlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR