Türkiyənin sabiq səhiyyə naziri Osman Durmuş İstanbul bələdiyyə başqanlığına namizəd olacaq - FOTO

Türkiyənin sabiq səhiyyə naziri Osman Durmuş İstanbul bələdiyyə başqanlığına namizəd olacaq - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 13:31 (UTC +04:00)

Bakı - APA. Türkiyənin sabiq səhiyyə naziri Osman Durmuş Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən İstanbul şəhər bələdiyyə başqanlığına namizəd göstəriləcək. APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata hörə, O. Durmuş MHP lideri Dövlət Bağçalının bu barədə təklifini qəbul edib. Namizədliyin həftə sonunda rəsmən elan olunması gözlənilir.

Qeyd edək ki, iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul bələdiyyə başqanlığına indiki bələdiyyə başqanı Qədir Topbaşı yenidən namizəd göstərib. Cümhuriyyət Xalq Partiyasının (CHP) isə hazırda İstanbulun Şişi rayonunun bələdiyyə başqanı olan Mustafa Sarıgülün namizədliyini irəli sürməsi gözlənilir.

Türkiyədə bələdiyyə seçkilər gələn ilin martında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR