Azərbaycana qanunsuz yolla gətirilmiş xeyli sayda dərman preparatı dövriyyədən çıxarılıb

 Azərbaycana qanunsuz yolla gətirilmiş xeyli sayda dərman preparatı dövriyyədən çıxarılıb
# 07 dekabr 2013 07:52 (UTC +04:00)

Daxil olmuş məlumat əsasında Aksiz Gömrük İdarəsinin və DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin əməkdaşları birgə əməliyyat keçirib. Əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, “Azadlıq” Metro Stansiyası yaxınlığında Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü, Masallı rayonu, Boradigah qəsəbə sakini Musayev Malik Mirzə oğlundan ölkə ərazisinə qanunsuz yolla gətirilmiş 2 ədəd karton yeşikdə hər birində 10 kapsula olmaqla 4480 konvalyut (ümumi sayı 44800 kapsula) dərman preparatları aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR