Aleksandr Turçinov: “Silahlı separatçılara qarşı antiterror əməliyyatı keçiriləcək”

Aleksandr Turçinov: “Silahlı separatçılara qarşı antiterror əməliyyatı keçiriləcək”
# 07 aprel 2014 14:44 (UTC +04:00)

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, A. Turçinov bildirib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı xüsusi əməliyyatının ikinci dalğası başlayıb: “Məqsəd dövlətimizdə qeyri-sabitlik yaratmaq, Ukrayna hakimiyyətini devirmək, seçkiləri pozmaq və ölkəmizi parça-parça etməkdir. Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunan qruplar Xarkovda dövlət vilayət administrasiyasının, Donetskdə dövlət vilayət administrasiyasının və Təhlükəsizlik Xidmətinin, Luqanskda Təhlükəsizlik Xidmətinin binalarını ələ keçirib. Ən təhlükəlisi odur ki, onlar əllərinə silah götürüblər. Bütün bunlar Rusiya qoşunlarının bizim sərhədlərimizin yaxınlığında dayanması fonunda baş verir. Ukraynanın düşmənləri Krım ssenarisini həyata keçirmək istəyirlər, lakin biz buna yol verməyəcəyik”.

A. Turçinov əlinə silah alanlara qarşı antiterror əməliyyatının keçiriləcəyini açıqlayıb. O, ölkənin şərq sərhədlərinin mühafizəsinin gücləndirildiyini söyləyib: “Bəzi yerli hüquq-mühafizə orqanlarının passiv davranışı nəzərə alınaraq onlar başqa bölgələrdən gətirilən qüvvələrin hesabına yenidən komplektləşdiriləcək. Sabah Ukrayna Ali Radası ilk iş olaraq separatizm və dövlətə qarşı digər cinayətlərə qarşı cinayət məsuliyyətinin gücləndirilməsini nəzərdə tutan qanunu müzakirə edəcək. Separatçı mövqedə duran və təcavüzkar dövlətə xidmət edən siyasi partiya və ictimai təşkilatların fəaliyyəti qadağan olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR