Dərnəgül şosesinin daha bir hissəsində təmir işlərinə başlanılıb - FOTO

Dərnəgül şosesinin daha bir hissəsində təmir işlərinə başlanılıb - <span style="color: red;">FOTO
# 14 noyabr 2013 06:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhərinin Ziya Bünyadov prospektinin Böyük Şor qovşağı ilə Əliyar Əliyev küçəsi arasında əsaslı təmir işlərinə başlanılıb. Lazım olan ehtiyat materiallar nəzərdə tutulan anbara daşınaraq, köməkçi yollarda qazıntı və bərkitmə işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, son illər müşahidə olunan səth sularının dayanıqlığını ləğv etmək məqsədilə yağış kanalizasiya xəttinin çəkilməsinə də başlanılıb. Artıq 900 metr məsafədə istinad divarının tikintisi, 2 km məsafədə yağış kanalizasiya xəttinin çəkilişi və kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb.

«Paralel olaraq əsas yolda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri gedir», - deyə məlumatda bildirilib.

Bundan əlavə, piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri olan 4 ərazidə yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR