Aydın Əliyev: “Azərbaycanla Rusiya arasında gömrük-keçid məntəqələrində yaranan problemlər aradan qalxacaq” - FOTO

Aydın Əliyev: “Azərbaycanla Rusiya arasında gömrük-keçid məntəqələrində yaranan problemlər aradan qalxacaq” - <span style="color: red;">FOTO
# 24 sentyabr 2013 08:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanla Rusiya arasında yeni körpünün tikilməsindən sonra nəqliyyat vasitələri ilə bağlı yaranan problemlər aradan qaldırılacaq.


APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə bildirib ki, DGK sərhəddə mövcud problemlərin aradan qaldırılması üçün Rusiya ilə mütəmadi olaraq danışıqlar aparır.


Onun sözlərinə görə, sözügedən körpüdən ardıcıl nəqliyyat vasitələrinin keçmək imkanları zəifdir: “Misal üçün, meyvə-tərəvəz dövründə nəqliyyat vasitələrinin Samur gömrük-keçid məntəqəsində Azərbaycandan Rusiyaya keçməsində müəyyən növbələr yaranır. Bununla yanaşı, avqust aylarının yeni dərs ili mövsümündə də yüngül minik avtomobillərin Rusiyaya keçməsində müəyyən problemlər olur. Bu cür problemlərin aradan qaldırılması üçün Rusiya və bəzən Gürcüstan tərəfi ilə də danışıqlar aparırıq”.


A.Əliyev Azərbaycanla Rusiya arasında yeni körpünün tikintisinə dair qərarın olduğunu xatırladıb. O hesab edir ki, bu körpünün tikintisindən sonra mövcud problemlər aradan aldırılacaq: “DGK-da strategiya elə müəyyən olunub ki, sərhədyanı gömrük idarələri müqabil tərəflə - İran, Rusiya, Gürcüstan, Türkiyə gömrük orqanlarının nümayəndələri ilə bu istiqamətdə vaxtaşırı olaraq görüşlər keçirir. Bu sahədə yaranan problemlərlə bağlı çıxış yolları axtarırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR