Bu ay Azərbaycanda 21 mindən artıq ailəyə ünvanlı sosial yardım təyin olunacaq

Bu ay Azərbaycanda 21 mindən artıq ailəyə ünvanlı sosial yardım təyin olunacaq
# 27 noyabr 2013 13:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. Bu günlərdə Azərbaycanın bəzi rayonlarında noyabr ayında ünvanlı sosial yardımla bağlı 21 500 yeni təyinatın aparılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib.

O deyib ki, hazırkı baza məlumatlarına əsasən, 13 459 ailəyə ünvanlı sosial yardım təyin olunub. Ayın sonuna qədər başqa rayonlarda da müvafiq işlər aparılacaq: “Azərbaycanda əhalisi çox olan rayonların sayı az deyil. Məsələn, cənub zonasında - Cəlilabadda aparılan təhlillərdən sonra bu il bu rayona əhalisi çox olan digər rayonlarla müqayisədə yeni təyinatların sayının az olduğu məlum olub. Bunu nəzərə alaraq Cəlilabad rayonunun Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin sifarişi ilə noyabr ayında 800-dən artıq ailəyə ünvanlı sosial yardım təyin olunub. Bu, normadan artıq göstəricidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR