«Dəmirbank» güzəştli kredit aksiyasına başlayıb

«Dəmirbank» güzəştli kredit aksiyasına başlayıb
# 13 yanvar 2014 07:32 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Dəmirbank» ASC biznes kreditləri üzrə «Vaxt getdi» adlı yeni güzəştli kredit aksiyasına başlayıb. Aksiya fevralın 7-dək davam edəcək.

Bankdan «APA-Economics»ə bildirilib ki, aksiyanın şərtlərinə görə, yanvarın 13-17-də «Dəmirbank»a müraciət edənlərə illik faiz dərəcəsində 4%, yanvarın 21-24-də - 3%, yanvarın 27-31-də - 2%, fevralın 3-7-də müraciət edənlərə isə 1% endirim ediləcək.

Müştərilər aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR