Vladimir Putin Ukrayna hakimiyyətini jurnalistləri sıxışdırmaqda ittiham edib

Vladimir Putin Ukrayna hakimiyyətini jurnalistləri sıxışdırmaqda ittiham edib
# 01 iyul 2014 14:39 (UTC +04:00)

Bakı - APA. Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətini jurnalistləri sıxışdırmaqda ittiham edib.



APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Putin rusiyalı diplomatlarla görüşdə bildirib ki, Kiyev Ukraynada peşə borcunu yerinə yetirən media nümayəndələrini sıxışdırmaq üçün məqsədyönlü iş aparır.

“Jurnalistlərin qətlə yetirilməsi yolverilməzdir. Mən bunu Ukrayna prezidenti ilə telefon söhbəti zamanı bir daha təkrarladım”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR