Madaqasqarda 39 nəfər taun xəstəliyindən ölüb

Madaqasqarda 39 nəfər taun xəstəliyindən ölüb
# 12 dekabr 2013 22:54 (UTC +04:00)

Bakı-APA. Azı 39 nəfər Madaqaskarda taun epidemiyasının qurbanı olub. Bu barədə APA “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Madaqaskarın Səhiyyə Nazirliyinin bəyanatına əsasən, taun epidemiyası hazırda ölkənin beş vilayətində yayılıb.

Məlumata görə, ümumilikdə 89 nəfər taun xəstəliyinə yoluxub, onlardan 39 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR