SAM-ın direktoru Ukraynada səfərdədir

SAM-ın direktoru Ukraynada səfərdədir
# 05 noyabr 2013 08:13 (UTC +04:00)

Bakı - APA. Noyabrın 5-6-da Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Kiyevdə səfərdə olacaq.

SAM-dan APA-ya verilən məlumata görə, səfərin məqsədi Ukraynanın Azərbaycandakı səfirliyinin dəvəti ilə Dünya İqtisadi Forumunun (World Economic Forum) təşkil etdiyi “Ukraynanın Strateji Gələcəyinə dair dialoq” adlı forumunda iştirak etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR