Litva Seyminin sədri istefa verib

Litva Seyminin sədri istefa verib
# 03 oktyabr 2013 15:34 (UTC +04:00)

Bakı - APA. Litva Seyminin sədri, Əmək Partiyasının üzvü Vidas Gedvilas vəzifədən gedib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, V. Gedvilas öz istəyi ilə istefa ərizəsi yazıb. 76 deputat istefanın lehinə, 7 nəfər əleyhinə səs verib, 35 nəfər bitərəf qalıb.

Parlament sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Algirdas Sisas yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR