Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələrin sayı açıqlanıb

Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələrin sayı açıqlanıb
# 14 noyabr 2013 09:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Şəkərli diabet bütün dünyada olduğu kimi, Azərbaycanda da çox geniş yayılmış xəstəlikdir”. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, ildən-ilə ölkədə xəstələrin sayı artmaqdadır.

Onun sözlərinə görə, 2008-ci ildə ölkədə 72 min qeydiyyatda olan şəkərli diabet xəstə var idisə, bu gün onların sayı 200 minə çatır.

R.Cabbarov qeyd edib ki, xəstəliyin fəsadlarının ağır olduğunu nəzərə alaraq onun aradan qaldırılması ilə təkcə həkimlər deyil, bütün ictimaiyyət məşğul olmalıdır: “Hazırda bütün dünyada şəkərli diabet xəstələrinin sayı 400 milyona yaxındır. Hər 12-15 ildən bir xəstələrin sayının artdığını və onun dağıdıcı təsirlərini nəzərə alaraq bütün dövlətlər əl-ələ verib bu xəstəliklə birgə mübarizə aparmalıdır”.

Mərkəzin direktoru qeyd edib ki, Azərbaycanda şəkərli diabet xəstələrinin 85%-i xəstəliyin II tipindən əziyyət çəkirlər, yəni onlar insulindən asılı deyillər. Bunun onların sağlam həyat tərzi sürməməsi ilə əlaqədar olduğunu deyən R.Cabbarovun sözlərinə görə, artıq çəkili, az hərəkət edən, lazımi qida qəbul etməyən insanlarda bu xəstəlik daha çox müşahidə edilir: “Əgər əvvəllər cavanlar günün müəyyən saatlarında idmanla məşğul olurdularsa, bu gün onları internet, kompüter əvəz edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da artıq çəki problemi çox artıb. Bu da həm şəkərli diabet, həm də qan-damar xəstəliklərinin yaranması üçün mühüm amildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR