Lənkəranda baş verən yol qəzasında 2 nəfər yaralanıb - VİDEO

Lənkəranda baş verən yol qəzasında 2 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 27 aprel 2014 11:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 27-də günorta saatlarında şəhərin Zərifə Əliyeva adına küçəsində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Mustafa Elşad oğlu Əliyevin idarə etdiyi “VAZ-21015” markalı, 90 NH 615 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan və şəhər sakini, 1989-cu il təvəllüdlü Nizami Rafiq oğlu Sadıqovun idarə etdiyi “Opel” markalı, 42 BK 162 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub.

Güclü zərbə nəticəsində hər iki avtomobil zədələnib, sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR