Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb - FOTO

Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 24 yanvar 2014 11:22 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Buynuz kəndində seçiciləri ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş kənd orta məktəbinin binasında baş tutub. Kənd sakinləri kəndin içindən keçən asfalt yolun yenidən təmir olunması ilə bağlı məsələ qaldırıblar. Bu məsələnin həlli üçün Novruz Aslanov yerindəcə müvafiq qurumlarla əlaqə saxlayıb.

Görüşdən sonra millət vəkili İsmayıllı rayon Gənclər Mərkəzində rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə iştirak edib. Tədbir rayonun sosial-iqtisadi inkişafının perspektiv layihələrinin müzakirəsinə həsr olunub. Gənclərlə yanaşı tədbirdə yerli hökumət strukturlarının rəhbərləri də iştirak edib. Novruz Aslanov çıxışında dövlətin gənclərə göstərdiyi qayğıdan, rayonda sürətlə gedən abadlıq işlərindən, yeni obyektlərin tikintisindən söhbət açıb və bu işlərin davamlı olacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR