Beynəlxalq müşahidəçi: “İndiyədək seçkiyə müdaxilə halları qeydə alınmayıb” - FOTO

Beynəlxalq müşahidəçi: “İndiyədək seçkiyə müdaxilə halları qeydə alınmayıb” - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 09:04 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Beynəlxalq müşahidəçilər Göyçay və Ağdaş rayonlarında səsvermə prosesini izləyirlər.

APA-nın məlumatına görə, bu gün səhər saatlarından başlayaraq indiyədək 88 saylı Göyçay DSK və 89 saylı Göyçay-Ağdaş DSK-nı əhatə edən 12 seçki məntəqəsində seçki prosesini izləyən MDB Parlament Assambleyasının təmsilçisi olan beynəlxalq müşahidəçi Nataliya Kondratenko jurnalistlərə müsahibəsində səsvermənin tam şəffaf və demokratik keçdiyini, indiyədək prosesə heç bir müdaxilə halının müşahidə olunmadığını deyib. Onun sözlərinə görə, hazırda MDB PA-nın 3 təmsilçisi Göyçayda, iki təmsilçisi isə Ağdaşda seçki prosesini izləyir.

Rusiyalı müşahidəçi qeyd edib ki, vətəndaşlar seçki məntəqələrinə gələrək müstəqil şəkildə istədikləri namizədə səs verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR