Beynəlxalq şirkət Azərbaycan Hərbi Dəniz Qüvvələrinə bomba zərərsizləşdirilməsinə dair kurslar keçəcək

Beynəlxalq şirkət Azərbaycan Hərbi Dəniz Qüvvələrinə bomba zərərsizləşdirilməsinə dair kurslar keçəcək
# 04 oktyabr 2013 07:19 (UTC +04:00)

APA-nın məlumatına görə, şirkət bununla bağlı ABŞ Dəniz Qüvvələrinin tenderini qazanıb.

ABŞ Dəniz Qüvvələrinin bu layihəsi Azərbaycan HDQ və Polşa Silahlı Qüvvələrinə yardım proqramı çərçivəsində bombaları məhv edən (EOD) heyətin hazırlanmasına kömək məqsədi daşıyır.

Beynəlxalq şirkət olan “Allen Vanquard” 2,8 milyon ABŞ dolları dəyərindəki müqavilə çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinə partlayıcı maddə və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə təlim kursları verəcək.

Layihəyə dalğıc və təlimatçı təlim də daxildir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR