“Rabitəbank” aktivlərini 40% artırıb

“Rabitəbank” aktivlərini 40% artırıb
# 23 aprel 2014 07:22 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Rabitə Bank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 270,130 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,4% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 60,2% artaraq 183,202 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 89,574 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 2,2 dəfə çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 21,89 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 57% çoxdur və kreditlərin 353 min manatı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 26,2% artaraq 7,185 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 56,7% artaraq 187,06 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 123,964 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 54,8% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 18,9% artaraq 51,29 mln. manata çatdığı halda, nizamnamə kapitalı 13,8% artaraq 45,5 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 3,9 dəfə artaraq 20,556 mln. manat, xərcləri isə təxminən 4 dəfə artaraq 4,91 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 150,57 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 22 filialı, 43 bankomatı, 474 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR