UNESCO üzrə İran Milli Komissiyasının baş katibi azərbaycanlı həmkarına etiraz məktubu yazıb

UNESCO üzrə İran Milli Komissiyasının baş katibi azərbaycanlı həmkarına etiraz məktubu yazıb
# 17 sentyabr 2013 08:03 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən məlumatına görə, M.Səidabadi məktubunda Nizami Gəncəvinin məqbərəsində farsca tarixi lövhələrin götürülməsinə öz etirazını bildirib: “Dünya səviyyəsində tanınan insanlar yetişdirmək İranın qiymətli mədəniyyətinin məhsuludur və həmişə bəşər cəmiyyəti tərəfindən hörmət görüb. Mövlana, Hafiz, Sədi, Xəyyam, Əttar, Firdovsi, Nizami, İbn Sina, Biruni, Cami, Rudəki və bu mədəniyyətin yüzlərlə şəxsiyyəti İran diyarının dostluq mesajını dünyanın ən ucqar nöqtələrinə qədər çatdırıblar. İran xalqı isə bu şəxsiyyətlərin digər xalqları da öz ağuşuna almasından qürur duyur”.

M.Səidabadi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi, səfir Günay Əfəndiyevaya yazdığı məktubunda qeyd edib ki, Nizami Gəncəvinin məqbərəsindəki fars dilindəki kitabələr götürülərək yerinə başqa bir dildə şeir yerləşdirilə bilər: “Ancaq bu iş heç vaxt bu şairin şəxsiyyətinə və zadəgan mövqeyinə təsir göstərə bilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR