Yaponiya polisi 13 hakeri həbs edib

Yaponiya polisi 13 hakeri həbs edib
# 11 iyun 2014 12:27 (UTC +04:00)

Bakı - APA. Yaponiya polisi bank hesablarından külli miqdarda pul oğurlamaqda şübhəli bilinən 13 hakeri həbs edib.

APA-nın “Russia Today”a istinadən xəbərinə görə, Yaponiya polisi 13 çinli hakeri həbs edib.

Onlar internet vasitəsilə Yaponiyada bank hesablarından 6 milyon dollar oğurlamaqda şübhəli bilinirlər. Yaponiya mətbuatı oğurlanmış pulun bir hissəsinin Çinə transfer olunduğunu yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR