Azərbaycanda 4 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda 4 nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 01 may 2014 10:16 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon sakini Bəhruz Məmmədov sirkə turşusundan, Tərtər rayon sakini Elmin Niftəliyev isə dəm qazından zəhərlənərək ölüblər.

Bundan başqa, Göygöl rayon sakini Vəfa Məmmədovanı evində, Yevlax rayon sakini Yusif Bağırov isə qum karxanasında təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR