Azərbaycanla Gürcüstan arasında "2014-2016-cı illəri əhatə edən tədbirlər planı"na dair memorandum imzalanıb - FOTO

Azərbaycanla Gürcüstan arasında "2014-2016-cı illəri əhatə edən tədbirlər planı"na dair memorandum imzalanıb  - <span style="color: red;">FOTO
# 19 oktyabr 2013 04:48 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın Siqnaxi şəhərində Azərbaycan və Gürcüstan arasında “2014-2016-cı illəri əhatə edən tədbirlər planı”na dair memorandum imzalanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gürcüstan tərəfindən isə idman və gənclər naziri Levan Kipiani imzalayıb. İmzalanma mərasimi Azərbaycan və Gürcüstan gənclərinin beynəlxalq festivalı çərçivəsində baş tutub.

Nazir müavini İntiqam Babayev bildirib ki, bu sənəd əlaqələrin möhkəmlənməsi, hər iki ölkənin gənclər sahəsində təşkil ediləcək layihələrdə gənclərin daha yaxından və fəal iştirakı üçün böyük imkan yaradacaq: “Bu sənəd əsasında biz iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili yeni tədbirlərin keçirilməsinə xüsusi önəm verəcəyik”.

Memorandum imzalandıqdan sonra Azərbaycan və Gürcüstanın gənclər təşkilatlarının nümayəndələri iki ölkənin rəsmilər ilə görüşüb. Görüşdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR