Tehranda vəba xəstəliyinə yoluxma halı qeydə alınıb - VİDEO

Tehranda vəba xəstəliyinə yoluxma halı qeydə alınıb - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2013 08:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda vəba xəstəliyi ölkənin bütün ərazisinə yayılmağa başlayıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İranın paytaxtı Tehran şəhərində 1 nəfərdə vəba xəstəliyi aşkarlanıb.

İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər Mərkəzinin sədr müavini Mahmud Nəbəvi bildirib ki, Kərəc şəhərində də 1 nəfərin vəba xəstəliyinə yoluxması faktı qeydə alınıb: “Hazırda onların vəbaya yoluxmasının səbəblərini araşdırırıq. Ümumilikdə ölkə ərazisində 170 nəfər vəba xəstəliyinə yoluxub. Onlardan 144 nəfəri Əfqanıstan, 1 nəfər Pakistan və 25 nəfər isə İran vətəndaşıdır. Vəbaya yoluxanların əksəriyyəti İranın şərqində yerləşən qonşu ölkələrin vətəndaşları və qeyri-qanuni miqrantlardır. Çünki hazırda Əfqanıstanın şimal bölgələrində vəba epidemiyası geniş şəkildə yayılıb. Əfqanıstan vətəndaşlarının İrana tez-tez səfəri bu xəstəliyin İranda artmasına gətirib çıxarıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR