Yadigar Sadıqovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi martın 4-nə təyin olunub

Yadigar Sadıqovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi martın 4-nə təyin olunub
# 25 fevral 2014 16:40 (UTC +04:00)

Bakı - APA. Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqov barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi Şirvan Apellyasiya Məhkəməsində martın 4-nə təyin edilib.

Bu barədə APA-ya açıqlamasında Y. Sadıqovun vəkili Xalid Bağırov bildirib.

Qeyd edək ki, Y. Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb.

Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Y. Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR